banner
banner

Dünya

İraqlı qadınlarla bağlı statistika- TÜKÜRPƏTDİ

İraqlı qadınlarla bağlı statistika-

İraqda dul qadınların sayı günbəgün artır. Cia.az-ın məlumatına görə, son hesablamalar nəticəsində ölkədə ümumilikdə 1 milyon 500 min dul qadının olduğu müəyyən edilib.
İraq qadın işləri naziri Bayan Nuri isə qonşu ölkələrlə müqayisədə bu rəqəmin çox yüksək olduğunu bildirib. O həmçinin qeyd edib ki, belə bir vəziyyətin yaranmasına səbəb ölkədə qeyri-stabil vəziyyətin hökm sürməsidir.
"Ölkədə dul qadınlar üçün təsis edilən aylıq 150 min dinar (120 dollar) maaş da büdcədə maliyyə vəsaiti çatışmazlığına görə ödənilə bilmir. Başqa bir tərəfdən isə 8 il davam edən İran-İraq müharibəsi nəticəsində 500 min, Küveyt müharibəsi nəticəsində isə təxminən 100 min qadın dul qalıb", - deyə nazir əlavə edib.

İraq Parlamenti Ailə və Uşaq Komissiyası üzvü Rezan Şeyx Dler 2014-cü ildən başlayan və hələ də davam edən İŞİD müharibəsi nəticəsində təxminən 500 min qadın dul qalıb.

Cia.az




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.