Türkiyədə yaşayan iş adamı Rza Zərrabın “Beşiktaş” futbol klubunun prezidenti Fikrət Ormanla nahar edəndən sonra klubun bazasını gəzməsi klubun azarkeşlərini qəzəbləndirib. Klubun bütün dünyada məşhur olan fanatik “Çarşı” tərəfdar qrupu öz Twitter hesabından bu görüşə qarşı olduğunu açıqlayıb. Tərəfdarlar 2013-cü ilin dekabr ayında Türkiyədə həyata keçirilən rüşvət və korrupsiya əməliyyatlarını xatırladaraq Rza Zərrabın da təqsirləndirilən şəxslərdən biri olduğuna diqqət çəkiblər. Fan-klub üzvləri belə bir insanın “Beşiktaş”la bağlı olmasına etiraz etdiklərini bildiriblər. Onlar R.Zərrabı oğurluqda və korrupsiyada ittiham ediblər.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.