Əfqanıstanın şərqində, Nanqarxar əyalətinin Cəlalabad şəhərində iki partlayış baş verib. "Reuters" agentliyinin məlumatına görə, partlayışlar nəticəsində azı 33 nəfər ölüb, 100-dən çox adam isə yaralanıb. Partlayışların şəhərin mərkəzindəki bankın yaxınlığında törədildiyi bildirilib. Birinci partlayışdan sonra xeyli insan yaralılara köməyə gəlib, bu zaman ikinci partlayış törədilib. Bu səbəbdən insan itkisinin sayı çox olub. Terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb. Bu barədə "Pajvak" agentliyi qruplaşmanın regiondakı liderinə istinadla məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.