Çoxlu şirniyyat yeyənlərin dərisi qocalanda necə olur?
Bəzi insanların şirniyyata qarşı həddindən çox meyilliyi olur. Şirniyyatların tərkibində isə karbohidrat və şəkərin çox olduğunu nəzərə alsaq o zaman bu qidanın insan dərisinə təsirsiz ötüşməyəcəyini də nəzərə almalıyıq. Şirniyyatı çox yeyən adamların üzünün dərisi qocalanda aşağıdakı kimi olur: * qıcıqlanmaya həssas * ləkəli və səpgilərə meyilli * sızanaqlı * solğun * boz ləkəli * gözaltı torbalı Gündəlik qəbul edilən qidaların tərkibində şəkərin miqdarının normadan çox olması qəbul edilən qlükozanın kollagenlə əvəz olunmasının qarşısını alır Bu zaman kollagen davamlılığını və elastikliyini itirir. Artıq qəbul edilən şəkər orqanizm tərəfindən işlənib həll ola bilmədiyinə görə bədəndən xaric olmur və yığılıb qalır. Yığılıb qalan artıq şəkər isə orqanizm də dərialtı piy toxumasına çevrilir. Bu səbəbdən də şirniyyatdan çox istifadə edən adamların üzü yaşlandıqda iri olur. Qida rasionunda şəkər və karbohidratlardan çox istifadə etmək bağırsaqlarının mikroflorasına mənfi təsir edir. Bu zaman dəridə iltihabi proseslər meydana çıxır. Bu isə ən çox üzün dərisində sızanaqlar şəklində özünü biruzə verir. Bəzən isə sızanaqlar çiyin və döş bölgəsinin dərisində də rast gəlinir. Orqanizmə şəkər daxil olduqda orqanizm şəkəri qanda neytrallaşdırmaq üçün insulin ifraz etməyə başlayır. Şəkərin qəbulu həddindən çox olduqda isə insulinin miqdarı buna çatmır və artıq şəkər qanda dövr edir. Bu isə özünü üzdə və buxaq nahiyədə dərinin rənginin dətişməsilə özünü göstərrir. Əgər üzünüzün dərisinin və üzünüzün yaşlaşanda yuxarıda yazılan kimi olmağını istəmirsinizsə o zaman qidanızdan şəkərin miqdarını mütləq azaldın. Qanda şəkərin miqdarını artıran qidalara aşağıdakılar daxildir: * tortlar * peçenyelər * bütün növ bişinti məhsulları * fastfud qidalar * tərkibində şəkəri çox olan meyvələr
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.