Son illər sağlam qidalanmaya meyillik o qədər artıb ki, problemə çevrilib. Mütəxəssislər bununla əlaqədar olan problemi sağlam qidalanma psixozu - ortoreksiya adlandırırlar. Sağlam qidalanma naminə insanları pəhrizə, müxtəlif qidalardan imtina etməyə gətirib çixaran bu xəstəlik artıq həkimlərin nəzərini cəlb etməyə baylayıb. Ortoreksiyaya tutulmuş şəxslər bəzi qidalardan imtina edir və ya vegeterian olur, ya da qidaları çiy şəklində qəbul edir. Onlar süni qida yeyən adamları normal saymır, tağdan təzə dərilmiş qidalara üstünlük verir, qidanın hər tikəsini uzun müddət çeynəməmiş udmurlar. Bir sözlə hamının adi qaydada gündə 3 dəfə qəbul elədiyi qida, onlar üçün çətin, problemli bir məsələyə çevrilir. Ortoreksiyanın əlamətləri: * Hər gün saatlarla düzgün və sağlam qidalanma barədə düşünmək. * Səhəri gün nə yeyəcəyini ciddi-cəhdlə fikirləşmək. * Kökəlmək və sağlam olmayan qidalardan xəstələnmək qorxusu ilə yaşamaq. * Ciddi-cəhdlə idmanla məşğul olmaq. * Yağ və karbohidratlardan imtina etmək. * Yediyi qidanın hər gün kalorisini hesablamaq. Son illərdə sağlam qidalanma və sağlam həyat tərzi haqqında düşüncələr çoxalıb. Ortoreksiya bu düşüncələrə anormal sayda sahib olmaq və həyata keçirməkdir. Ortoreksiya qorxulu bir xəstəlikdir. O vitaminli qida qəbulunun olmamasına görə orqanizmdə anemiya, osteoporoz, ürək-damar və əsəb sistemi xəstəliklərinə səbəb olur. Bəs insanda ortoreksiyanın olmağını nədən bilmək olar? Ortoreksoya xəstələrində aşağıdakı xüsusiyyətlər olur: * Xəstə yeyilən qidanın ləzzətindən çox onun tərkibindəki ilə maraqlanır. * 1 fincan kofedən imtina etməyi özünə fəxr bilir. * Qonaqlıqlarda, kafe və restoranlarda yemir. * Düzgün qidalandığını düşünərək özü ilə fəxr edir. * Onunla həmfikir olmayan adamlara düşmən kimi baxır. * Necə lazımdı qidalandıqda, öz üzərində nəzarəti tam əlinə aldığını düşünür.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.