ABŞ Prezidenti Barak Obama Avropanı Minsk razılaşmasının tam icrasına qədər Rusiyaya qarşı sanksiyaları saxlamağa çağırıb. B.Obama İtaliyanın baş naziri Matteo Rensi ilə Ağ evdə keçirdiyi birgə mətbuat konfransında belə deyib. ABŞ prezidenti bildirib ki, nə vaxta qədər ki, Rusiya Minsk razılaşmasının şərtlərini yerinə yetirməyəcək, Ukraynada hərbi əməliyyatları dayandırmayacaq Avropada təklənəcək və qüvvədə olan sanksiyalar aradan qalxmayacaq. "Qarşı tərəfdən razılaşmaya uyğun olaraq müsbət addımların, ciddi tədbirlərin reallaşdırılmasını görməyəcəyik, biz sanksiyaları ən azı indiki səviyyədə saxlamalıyıq".
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.