İran silahlı qüvvələri Milli Ordu Gününə həsr olunmuş hərbi parad keçirib. Paradda yeni hərbi təchizat nümayiş etdirib. Paytaxt Tehranda "Fakur" adlı yeni informasiya toplama və emal etmə sistemi, "Rəsul" rabitə sistemi, "Bavar" raketi, eləcə də "Şəhrivar" radiolokasiya sistemi nümayiş olunub. İmam Xomeyni Mavzoleyinin yanında keçirilən marşda İran Hərbi-Hava Qüvvələrinin, havadan müdafiə qüvvələrinin, quru qoşunlarının, eləcə də Hərbi-Dəniz Qüvvələrinin hərbçiləri iştirak ediblər. F-4, F-5, MiQ-29, F-14 qırıcıları, qırıcı-bombardman təyyarəsi və helikopterlər də havaya qalxıb. Paradda İran prezidenti Həsən Ruhani və ölkənin hərbi rəhbərliyi iştirak edib. Ruhani çıxışında İran ordusunun regionda sülhü qorumaq məqsədi daşıdığını deyib.
"İranın hərbi doktrinası hücum xarakteri daşımır, sırf müdafiə xarakteri daşıyır. İran İslam Respublikasının strategiyası ölkədə və regionda sülh və sabitliyin bərqərar edilməsi və qorunub saxlanması məqsədinə əsaslanır. İran hərbçiləri də İran diplomatlarının güddüyü məqsədləri güdür - sülh və təhlükəsizliyin təmin olunması, qanuni hakimiyyətin qorunması, milli maraq və hüquqların müdafiəsi" - Ruhani çıxışında belə deyib. Paytaxtla yanaşı, İranın bir sıra digər şəhərlərində də Milli Ordu Günü münasibətilə hərbi paradlar keçirilib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.