Münhendə Avropa Birliyi, ABŞ, Kanada və digər ölkələr arasında dünyanın ən böyük azad ticarət zonasının yaradılmasına dair imzalanacaq sazişə qarşı 20 min nəfərin iştirakı ilə etiraz aksiyası keçirilib. Ölkədə təşkil olunan etiraz aksiyaların əlaqələndiricisi Attaс Deutschland təşkilatıdır.
Məlumata görə, Münhendə təşkil olunan aksiyada 20 min, Leypsiqdə 1000, Ştutqartda 2000 etirazçı iştirak edib. Etiraz aksiyaları həmçinin Ulma (1200 etirazçı), Kil (600) və Berlində (4000) keçirilib.
Berlində 4 minədək etirazçı cərgəyə düzülərək Kanada səfirliyindən (ABŞ səfirliyinin qarşısından keçməklə) Aİ-nin Almaniyadakı nümayəndəliyinədək “canlı sədd” yaradıblar. Bundan sonra etirazçılar cərgə boyu aksiyanın bəyanatını bir-birinə ötürərək imzalayıblar və Aİ-nin Almaniyadakı nümayəndəliyinə təqdim ediblər. Bəyanatda imzalanması bu il gözlənilən sazişdən imtina çağırışı ifadə olunub.
Almaniyanın bir çox şəhərlərində bu gün keçirilən etiraz aksiyalara “Soıçular” və “Yaşıllar” müxalifət partiyaları, həmkarlar ittifaqları, ictimai birliklər qatılıb.
Qeyd edək ki, ticarət və investisiyalar haqqında Transatlantik saziş (TTIP - Transatlantic Trade and Investment Partnership) ətrafında qapalı danışıqlar 2013-cü ilin iyulundan davam edir. Saziş layihəsinin bu il hazırlanması gözlənilir. Bundan sonra saziş Avropa Parlamenti və Aİ ölkələrinin parlamentləri tərəfindən 1,5 il ərzində təsdiqlənməlidir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.