banner
banner

Dünya

Obamadan İran açıqlaması

Obamadan İran açıqlaması

İrana qarşı sanksiyalar beynəlxalq qüvvələr tərəfindən birgə tətbiq olunub və əldə olunacaq razılaşmadan boyun qaçırılarsa, sanksiyalar özü-özlüyündə qüvvəsini itirə bilər.

ANS PRESS-in məlumatına görə, bunu ABŞ prezidenti Barak Obama İranla aparılan danışıqlar və bu ölkəyə tətbiq olunan sanksiyaların aradan qaldırılması məsələsinə münasibət bildirərkən deyib.

"Sanksiyalar rejiminin səmərəli olmasının səbəbi odur ki, biz çox ağır davam edən proseslər nəticəsində etibarlı beynəlxalq koalisiya yarada bilmişik. Və əgər bizim İranın nüvə silahı əldə etməmək təminatına dair razılaşmadan boyun qaçırdığımız hiss olunarsa, bu sanksiyalar qüvvəsini itirəcək. Çünki, təkcə Rusiya və Çin yox, bizim yaxın müttəfiqlərimiz də bizim seçimimizi sorğu-sual edəcək", - deyə Barak Obama bildirib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.