banner
banner

Dünya

Terror hücumları planlaşdıran 5 nəfər həbs edildi

Terror hücumları planlaşdıran 5 nəfər həbs edildi

Avstraliya xüsusi-xidmət orqanları Melburn şəhərində terror aktı törətməyə hazırlaşan cinayətkar dəstəni ifşa edib.

ANS PRESS-in məlumatına görə, antiterror əməliyyatı nəticəsində terror planı hazırlamaqda ittiham edilən 5 nəfər həbs edilib.

Yaşları 18 ilə 19 arasında dəyişən yeniyetmələrin İŞİD qruplaşmasının ideoloji tərəfdarları olduğu iddia edilir. 

İstintaq hesab edir ki, onlardan ikisi gələn həftə soyuq silahdan istifadə etməklə polislərə hücum həyata keçirməyə hazırlaşıb.

Hücumların Anzak Günündə - avstraliyalıların müharibə qurbanlarının xatirəsini yad etdiyi gündə həyata keçirilməsi planlaşdırılıbmış.




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.