Türkiyənin tanınmış iş adamlarından biri həbs edilib.
ANS PRESS-in məlumatına görə, Türkiyədə Evcil ləqəbi ilə tanınan Erol Əşrəfoğlu adlı iş adamı cinayət qruplaşması yaratmaq səbəbilə həbsə məhkum edilib.
Əvvəlcədən haqqında çıxarılmış qərara əsasən, axtarışda olan iş adamını ötən gecə İzmir cinayətlərlə mübarizə şöbəsi əməkdaşları Foça rayonundakı evinə basqın edərək tapıblar.
Polislər tərəfindən yaxalanan Erol idarədə aparılan prosedurlardan sonra həbsxanaya göndərilib.
Qeyd edək ki, müxtəlif cinayətlər törətmək məqsədilə qruplaşma quran Erol Əşrəfoğluna 6 il 8 ay həbs cəzası verilib
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.