banner
banner

Sağlamlıq

Xolesterinin səviyyəsini aşağı salan əlavələr açıqlandı

Xolesterinin səviyyəsini aşağı salan əlavələr açıqlandı

Ekspertlər "pis" xolesterinin səviyyəsini aşağı salan qida əlavələrinin adlarını açıqlayıblar.

“Report” “Express”ə istinadən xəbər verir ki, mütəxəssislər birinci qida əlavəsi kimi maqneziumu açıqlayıblar. Qeyd edilir ki, onun gündəlik qəbulu yalnız "pis"in səviyyəsini aşağı salmır, həm də "yaxşı" xolesterinin orqanizmdəki səviyyəsini artırır. Bundan başqa, həmin maddə əhəmiyyətli mineraldır, hansı ki, qan təzyiqinin nizama salınması və qanda şəkərin səviyyəsi üçün lazımdır.

İkinci əlavə yaşıl çay cövhəridir. O, xüsusi halda ürək xəstəliklərinin inkişafı riskini azaltmağa kömək edir. Yaşıl çay həmçinin antioksidant, antibakterial, virus və xərçəng əleyhinə xüsusiyyətləri olan polifenollarla da zəngindir.

"Pis" xolesterinin səviyyəsini artıran amillərə yüksək tərkibli trans-yağlarla qidalanma, artıq çəki, hipodinamiya və papiros çəkmə də aiddir.

"Pis" xolesterinin səviyyəsini aşağı salan amillərə bədən tərbiyəsi, idman və ümumiyyətlə müntəzəm fiziki fəallıq, papiros çəkmədən və alkoqollu içkilərin istifadəsindən imtina, az doymuş heyvan piyinə və karbohidratlara malik yemək aiddir.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.