"Atletiko"nun futbolçusu Arda Turan İspaniya Peşəkar Futbol Liqası tərəfindən cəmi bir mükafat almalarına münasibət bildirib.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, türk yarımmüdafiəçi komandanın cəmi bir mükafatın (Dieqo Simeone üçün verilən ötən mövsümün ən yaxşı baş məşqçi mükafatı – red.) verilməsinin haqsızlıq olduğunu deyib. O bildirib ki, Ronaldoya verilən mükafatdan başqa, bütün mükafatlara "Atletiko"nun futbolçuları layiq görülməli idi:
"Atletiko” 18 illik fasilədən sonra ötən mövsüm İspaniya çempionu oldu. Ancaq komandanın sabiq qapıçısı, bütün çempionatı yüksək səviyyədə keçirən Tibo Kurtuaya belə mükafat verilmədi. Ronaldoya verilən mükafatdan başqa, bütün mükafatlara bizim oyunçular layiq idi. Cəmi bir mükafat almağımıza inana bilmirik”.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.