banner
banner

İdman

"Belə maraqsız heç-heçə olmamışdı"- Şəhriyar Məmmədyarov

"Belə maraqsız heç-heçə olmamışdı"-

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2015 turnirində 3-cü turun görüşləri başa çatıb.
Cia.az-ın verdiyi məlumata görə, Synergy Group-un təşkilatçılığıyla baş tutan yarışda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Fransa təmsilçisi Maksim Vaşye-Laqravla heç-heçə oynayıb.
Hesabat turunda yarım xal qazanan Məmmədyarov partiya haqda fikirlərini mətbuat konfransında bildirib: "Ötən tur Maqnus Karlsenə uduzandan sonra daha yaxşı oynamaq istəyirdim. Əslində dünyanın bir nömrəsinə uduzmaq normaldı. Bu gün heç-heçəni oyuna görə uyğun nəticə sayıram. Karyeramda belə maraqsız heç-heçə olmamışdı. 17-ci gedişdə vəzirlə düzgün gediş etsəydim oyun dəyişəcəkdi. Lakin həmin gedişi tapa bilmədim. Şəmkirdə daha yaxşı oynamağa çalışıram. Azərbaycanda oynayan zaman bir qədər çətin olur. Məsuliyyətim artır. Xaricda çıxış etdiyim zaman rahat mübarizə aparıram. Bakıda və ya Şəmkirdə olan zaman uğur qazanmağa çalışıram, amma alınmır. Son dəfə Azərbaycanda uğur qazandığım turnir yadıma gəlmir".
Nəticədən razı qalan Maksim Vaşye-Laqrav partiya haqda bunları deyib: "Şəhriyarla bir neçə dəfə oynamışıq. Fikrimcə bu dəfə oyunda o qədər fəallıq yox idi. Vəziyyət heç-heçəyə aparırdı. Qələbə görsənmirdi. Ona görə heç-heçəyə razılaşdıq. Ardıcıl üçüncü bərabərlikdən sonra oyunlara daha ciddi yanaşmalıyam".

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.