banner
banner

Dünya

İçində 700 adam olan gəmi batdı- DƏHŞƏT

İçində 700 adam olan gəmi batdı-

Liviya sahillərində göyərtəsində 700 miqrant olan gəmi batıb.

Miqrantlardan yalnız 28-i xilas ola bilib, qalanlarının isə öldüyü ehtimal edilir. 

Gəmi aprelin 18-dən 19-a keçən gecə İtaliyanın Lampeduza adasından 200 km cənubda batıb. 

Axtarış-xilasetmə əməliyyatlarında İtaliya və Malta gəmiləri, habelə vertolyotlar iştirak edir. 

“Agence France-Presse” yazır ki, qalan şəxslərin öldüyü təsdiqlənsə, bu, qeyri-leqal yolla Avropaya yetişmək istəyən miqrantların batması ilə nəticələnən ən irimiqyaslı gəmi qəzası olacaq. 

Qeyd edək ki, bu həftə Aralıq dənizində daha iki gəmi qəzası baş verib. Qeyri-leqal miqrantları daşıyan hər iki gəmi Liviyadan İtaliya istiqamətində üzərkən baş verib. Aprelin 14-də baş verən qəzada 400, aprelin 16-da baş verən faciədə isə 41 miqrant ölüb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.