banner
banner

Sağlamlıq

Diş ağrısına ilkin yardım - mütləq oxuyun!

Diş ağrısına ilkin yardım -

Diş ağrısını həkimə gedənə kimi yüngülləşdirmək üçün bəzi təbii üsullardan istifadə etmək olar. İlk olaraq dişlərinizi fırçalayın. Fırçalama ağrıya səbəb olan qidaları uzaqlaşdırmağa, bununla da ağrının azalmasına kömək olur.

Sirkəli su və duzlu su qarqarası diş ağrısını qismən sakitləşdirir. Bu qarqara dişi bakteriyalardan təmizləyir, diş əti və açıq diş çürüklərinə dezinfeksiyaedici təsir edir. Diş ağrısına yaxşı təsir göstərən mixək anestezik, antiseptik xüsusiyyətlərə malikdir. Onun tərkibinə “Eugenol” deyilən güclü bir maddə daxildir. Mixək agrıyan dişə qoyulub bərkidilərsə, ağrıyan dişi keyidir və ağrı hissini azaldır.

Ağrıyan diş bölgəsinə soyuq kompressin tətbiqi də müvəqqəti olaraq ağrını yüngülləşdirir. Həmçinin sarımsaq çürük diş üzərinə qoyulduqda ağrıya səbəb olan bakteriyaları yox edir. Buğda suyu da ağızda bakteriyaların azalmasına həmçinin diş ağrısına da müsbət təsir göstərir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.