banner
banner

Sağlamlıq

Covid-19, qrip, soyuqdəymə yoxsa allergiya ?

Covid-19, qrip, soyuqdəymə yoxsa allergiya ?

Hərarət, boğaz ağrısı, öskürək, bəlğəm, nəfəs darlığı, baş ağrısı, əzələ və oynaq ağrıları, halsızlıq... Bütün bu simptomlar Covid-19-u ağla gətirsə də, qrip, soyuqdəymə, hətta allergiya da ola bilər. Bəzən bu xəstəliklər koronavirusla birləşə və infeksiyanın gedişatının daha da ciddiləşməsinə səbəb ola bilər.
Bu səbəbdən əsasən soyuq havalarda yaranan bu xəstəliklərə qarşı müəyyən tədbirlər görmək lazımdır.

 

Axşam.az xarici KİV-nə istinadən bildirir ki, bu xəstəlikləri bir-birindən ayırmaq həmişə mümkün olmur. Lakin aşağıdakı səbəblər sizə bu xəstəlikləri ayırmağa kömək edəcək:

1. Qrip
Covid-19-u ən çox qriplə səhv salırlar. Zəiflik, baş ağrısı, öskürək, qızdırma, titrətmə, əzələ ağrıları kimi simptomlar varsa bu qrip əlamətləridir. Lakin bu qripin ağır forması olduğundan bəzən belə xəstələr Covid-19-a yoluxduğunu zənn edir.

2. Soyuqdəymə
Mövsüm etibarilə baş verən xəsəlikdir. Bədəndə halsızlıq, burun axıntısı  və asqırıq kimi simptomlarla müşahidə edilir. Təxminən 5 ya da 7 gün ərzində keçib gedir.

3. Allergiya
Əgər insanda həddən artıq asqırıq müşahidə edilrisə bu allergiyadır. Burun və göz qaşınması, sulu gözlər və göz altındakı göyərmə allergiyanın simptomlarıdır. Allergiya zamanı hərarət, halsızlıq, nəfəs darlığı və bəlğəm müşahidə edilmir.

4. Covid-19
Bu xəsətəlik ağır qrip simptomları (boğaz ağrısı, öskürək, bəlğəm, nəfəs darlığı, baş ağrısı, əzələ və oynaq ağrıları, halsızlıq ) ilə yanaşı qoxu və dad bilməni itirmə ilə müəyyən edilir. Buna görə də bunları hiss etdikdə mütləq koronavirus testindən keçmək lazımdır.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.