Çirkli hava, zərərli vərdişlər, qaydasız qidalanma prosesi bir çox orqana, xüsusi ilə də də ağciyərə zərər verir. Lakin pəhriz yeməkləri və idmanla ağciyərləri əvvəlki sağlamlığına qaytarmaq olar. Ağciyəri bir çox xəstəliyə, o cümlədən koronavirusa qarşı da gücləndirmək lazımdır. Bəs güclü və sağlam ağciyər üçün hansı qidaları istehlak etməliyik?
Axşam.az xarici KİV-nə istinadən, ağciyəri təmizləyən və qoruyan qidaları təqdim edir:
1.Zəncəfil İltihab əleyhinə olan bu ədviyyat növü tənəffüs sistemindəki toksinlərin çıxarılmasına və ağciyərlərin təmizlənməsinə kömək edir.
2.Sarımsaq Təbii bir antibiotik olan sarımsaq, ağciyərlərin davamlı fəlaiyyətini təmin edir və ağciyər xərçənginə qarşı qoruyucu təsir yaradır.
3.Kəklikotu Tərkibindəki efir yağları nəfəs tıxanıqlığını aradan qaldırır. Öskürək və yuxarı tənəffüs yolu infeksiyalarının qarşısını alır. Antibakterial xüsusiyyətləri sayəsində bakteria artımının qarşısını alır.
4.Qara kök Öskürək üçün daha faydalıdır. Tərkibindəki vitamin və minerallar sayəsində güclü antioksidantlara sahibdir. Ağciyər xərçənginin yaranmasının qarşısnı alır.
5.Üzüm tumları Tərkibndə “resveratrol” adlı kimyəvi birləşmə ağciyəri qoruyur. Xüsusilə ağciyər xərçənginə qarşı daha təsirlidir. Üzüm tumlarının çeynənilərək qəbul edilməsi tövsiyyə olunur.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.