1. Əriniz son günlərdə dəyişilibsə, yəni geyiminə, bəzəyinə fikir verir, idmanla məşğul olursa, odekolonunu dəyişdiribsə deməli sevgilisi var. Əgər geyim tərzini dəyişdibsə, tam əminliklə bunu təsdiqləmək olar. 2. Köynəyində və ya hansısa paltarında pomada izləri varsa, üzərindən qadın ətrinin iyi gəlirsə, mütləq sizi aldadıb. 3. Əriniz axşam evə gəldikdə əynində səhər geydiyi alt paltarı yoxdursa, o sizi başqasına dəyişib. Hər nə qədər bunu dansa da inanmayın. 4. Ərinizin işdən evə gələn saatı dəyəşıbsə və bu davamlı olursa o sizi aldadır. 5. Əriniz sizə diqqət vermirsə, halınız, əhvalınız, səhhətiniz, geyiminiz onu maraqlandırmırsa, onun həyatında başqası var. 6. Əgər əriniz sizin yanınızda oturub, amma fikri uzaqlardadırsa, deməli başqasına vurulub. 7. Əriniz sizi qısqanc, dəli, paranoyak, küsəyən, sözbaz olmaqla günahlandırırsa, onun sizdən gizlətdiyi şeylər var. Çünki qarşısındakını təqsirsiz yerə günahlandırmaq "gözükölgəli"adamlara xas xüsusiyyətdir. 8. İstəmədiyiniz halda əriniz sizə mesajlarını və telefonunu göstərirsə sizi aldadır. Sizin ona inanmağınıza can atır, amma mütləq başqa telefonla sevgilisi ilə danışır. 9. Əgər əriniz birdən-birə sizə qarşı mədəni davranmağa başlayıbsa, deməli gizli işəri var. 10. Əriniz səbəbsiz yerə sizi danlayırsa, hər bəhanə ilə dava salmağa çalışırsa, həyatında başqası var. 11. Əgər ərinizin iş yoldaşları, qonşulardan və ya qohumlardan bir-neçəsi sizə əriniz barədə işarə etməyə çalışıbsa, ərinizin sevgisinə şübhə ilə yanaşmaqda haqlısınız. 12. Ürəyinizin səsinə qulaq asın. O sizi heç vaxt aldatmaz. Əgər ürəyiniz sizə ərinizin sadiq biri olduğunu deyirsə, deməli əriniz sizi aldatmır.
Astrologiya və numerologiyaya görə doğum ayı insanın xarakteri, davranışları və həyat situasiyalarına reaksiyası haqqında müəyyən təsəvvür yarada bilər. Bəzi insanların isə təbiətən daha sakit, balanslı və konfliktlərdən uzaq olduğu düşünülür.
Ailə ziyafətləri və bayram süfrələri üçün salat hazırlayarkən bərk qaynadılmış yumurtaların qabığının çətin soyulması və ağından hissə-hissə qopması bir çox aşpazın qarşılaşdığı ən böyük problemlərdən biridir.
Boston Universitetinin alimləri müəyyən ediblər ki, qocalmış hüceyrələri məhv edən ABT-263 preparatı yaşlı orqanizmlərdə dərinin zədələnmiş nahiyələrinin daha tez sağalmasını sürətləndirə bilər.
Gündəlik gigiyena qaydası hesab etdiyimiz vərdiş əslində eşitmə qabiliyyətini tamamilə itirməyə səbəb ola bilər. Mütəxəssislər illərdir doğru bildiyimiz bu metodun təhlükələrini açıqlayıb.
Yağlı saçlar bir çox insanın ortaq problemidir və çox vaxt yanlış qulluq vərdişlərindən qaynaqlanır. Saçın tez yağlanması həm estetik görünüşə xələl gətirir, həm də saç diblərinin havasız qalmasına səbəb olur.