Münhen "Bavariya”sının müdafiəçisi David Alaba “Real Madrid"ə komandasına keçəcək.
Bu barədə “Report” “Marca”ya istinadən xəbər verir.
Məlumata görə, Alaba "Real"la 11 milyon avroluq maaşla dörd illik müqaviləni imzalayıb.
Müdafiəçi cari mövsümdə Almaniya çempionatının 13 matçında iştirak edib və bir qol vurub.


