"Borussiya"nın futbolçusu Mats Hummels yaşıl meydanlara qayıtmağa hazırlaşır.
Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 25 yaşlı müdafiəçi zədəsini sağaldıb. Onun bu həftəsonu Almaniya bundesliqasında "Ştuttqart"la matçda iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, Almaniya millisinin futbolçusu M.Hummels "DÇ-2014"də zədələnib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.