Qışda ən çox rast gəldiyimiz xurmanın orqanizm üçün bir çox faydası var.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, xurma C və A vitaminləri ilə zəngindir. Vitamin C immuniteti artırır, soyuqdəyməni azaldır. Bundan başqa bu vitaminlər dərini yaxşılaşdırır, kapilyar damarları möhkəmləndirir. Vitamin A isə öz növbəsində zehni möhkəmləndirir, qocalmanın qarşısını alır.
Xurmanın tərkibində dəyərli minerallar var. Kalsium sümük, diş, saç və dırnaqları möhkəmlədir, kalium isə orqanizmdə duz dövranını tənzimləyir. Eyni zamanda, xurmanın tərkibində qan yaradan dəmir də var.
Xurma insan orqanizmində metabolik prosesləri gücləndirir. Həzmə kömək edir. Tərkibində həzmi sürətləndirən bakteriyalar var. Buna görə də həkimlər pəhriz zamanı xurmanı məsləhət görürlər.
Ürək-damar xəstəliklərində xurma bir nömrəli meyvədir. Aterosklerozun, varikoz-damar genişlənməsinin qarşısını alır, sümüyün möhkəmlənməsində xeyirlidir.
Təbii sidikqovucudur. Böyrək xəstələrinə bu meyvəni bol-bol yemək məsləhətdir.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.