Ana südü körpələr üçün ən mükəmməl və əvəzolunmaz qidadır. Ana südü bronxial astma, artıq çəki, kəskin tənəffüs yolu infeksiyaları, mədə-bağırsaq infeksiyaları və bir çox digər xəstəliklərə qarşı qoruyuculuğa malikdir. Bu səbəbdən ilk 6 ay körpələrə yalnız ana südü verilməsi və əlavə qidalanmaya keçdikdən sonra da 2 yaşına qədər uşaqlara ana südü verilməsinin davam etdirilməsi məsləhət görülür.
Bunu pediatr-neonatoloq, Mərkəzi Gömrük Hospitalının həkimi Ülkər Məhərrəmova deyib.
"COVİD-19 xəstəliyi olan analar körpəsini ana südü ilə qidalandıra bilərmi" sualına cavab olaraq həkim bildirib ki, Dünya Səhiyyə Təşkilatının məlumatına və aparılmış tədqiqatların nəticələrinə əsasən, pandemiya dövründə COVİD-19 xəstəliyi olan analardan ana südü vasitəsilə uşaqların virusa yoluxması halları müşahidə edilməyib: "Lakin ana südü ilə körpə virusa yoluxmasa belə, COVİD-19 virusuna yoluxmuş ana körpəsini hava-damcı və təmas yolu ilə yoluxdura bilər. Bunun qarşısını almaq üçün müəyyən tədbirlər aparılmalıdır.
Öncə ana qoruyucu maskalardan istifadə etməlidir. Uşaqla hər təmasdan öncə ana əllərini 20 saniyə müddətində yumalı, uşağın qaldığı otaq gün ərzində bir neçə dəfə havalandırılmalı, ana və uşağın geyimləri 60-90° dərəcədə yuyulmalı, ananın təmas etdiyi əşyalar antiseptiklərlə dezinfeksiya edilməlidir. Əgər ana körpəsi ilə bir otaqda qalırsa, çarpayılar arasında məsafə 2 metrdən az olmamalıdır".
Onun sözlərinə görə, ana körpəsini əmizdirə bilmədiyi halda, bütün gigiyenik qaydalara əməl edilərək sağılmış ana südü steril qabda uşağa verilə bilər: "Əgər anaya ana südü ilə qidalandırma zamanı əks-göstəriş olan dərman preparatları təyin olunubsa, müalicə dövründə ana gün ərzində qidalandırma sayı qədər südünü sağmalı və müalicə bitdikdən sonra uşağını ana südü ilə qidalandırmağa davam etməlidir. COVİD-19 xəstəliyi keçirmiş və müvəqqəti immunitet yaranmış qadınlarda virusa qarşı anticisimlər ana südü vasitəsilə ötürüldüyündən, körpəni koronavirus infeksiyasindan qorumuş olur".
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.