Kişilərlə müqayisədə qadınlar soyuğa qarşı daha həssas olur, tez-tez üşüyürlər.
Bunun fizioloji səbəbləri var. Bu səbəbləri sizə izah edək.
1. Elmi araşdırmaların nəticələrinə görə, qadınların bədən hərarəti kişilərlə müqayisdə bir qədər yüksəkdir. Həmçinin menstrual dövrün müxtəlif fazalarında bu hərarət daha da artır (məsələn, ovulyasiyaya yaxın). Bu səbəbdən qadınlar ətrafdakı temperaturun enməsinə qarşı daha həssas olurlar.
2. Qadınların bədənində piyin miqdarı daha çoxdur, əzələlərin isə əksinə daha azdır. İstiliyi piy deyil, əzələlər istehsal edir. Bu səbəbdən qadınlar daha tez üşüyür.
3. Qadınlarda metabolizm kişilərlə müqayisədə daha ləng gedir. Məhz metabolik proseslər zamanı qəbul etdiyimiz qida enerjiyə çevrilir. Metabolizmin nisbətən ləng olması orqanizmi qızdırmağa mane olur. Digər tərəfdən məhz metabolizmin sürətinə görə kişilər daha tez və asan arıqlayır.
4. Qalxanvari vəzi orqanizmin hərarətini normada saxlamağa cavabdehlik edir. Qalvanvari vəzinin funksiyası zəifləyəndə, insan soyuğa qarşı daha həssas olur, tez-tez üşüməyə başlayır. Zob xəstəlikləri qadınlar arasında kişilərlə müqayisdə dəfələrlə çox yayılıb. Bu səbəbdən qadın daim üşüyürsə, qalxanvari vəzini yoxlamağa dəyər.
Astrologiya və numerologiyaya görə doğum ayı insanın xarakteri, davranışları və həyat situasiyalarına reaksiyası haqqında müəyyən təsəvvür yarada bilər. Bəzi insanların isə təbiətən daha sakit, balanslı və konfliktlərdən uzaq olduğu düşünülür.
Ailə ziyafətləri və bayram süfrələri üçün salat hazırlayarkən bərk qaynadılmış yumurtaların qabığının çətin soyulması və ağından hissə-hissə qopması bir çox aşpazın qarşılaşdığı ən böyük problemlərdən biridir.
Boston Universitetinin alimləri müəyyən ediblər ki, qocalmış hüceyrələri məhv edən ABT-263 preparatı yaşlı orqanizmlərdə dərinin zədələnmiş nahiyələrinin daha tez sağalmasını sürətləndirə bilər.
Gündəlik gigiyena qaydası hesab etdiyimiz vərdiş əslində eşitmə qabiliyyətini tamamilə itirməyə səbəb ola bilər. Mütəxəssislər illərdir doğru bildiyimiz bu metodun təhlükələrini açıqlayıb.
Yağlı saçlar bir çox insanın ortaq problemidir və çox vaxt yanlış qulluq vərdişlərindən qaynaqlanır. Saçın tez yağlanması həm estetik görünüşə xələl gətirir, həm də saç diblərinin havasız qalmasına səbəb olur.