banner
banner

Qadın

Qeysəriyyə əməliyyatı uşağın beyin və immunitetini zəiflədir

Qeysəriyyə əməliyyatı uşağın beyin və immunitetini zəiflədir

Son zamanlar ölkəmizdə qeysəriyyə əməliyyatlarının sayı artmaqdadır. Bir çoxları qeysəriyyə əməliyyatının təbii doğuşla müqayisədə daha "rahat və təhlükəsiz" hesab edir.

Lakin bu heç də belə deyil. Qeysəriyyə əməliyyatının bir çox fəsadları mövcuddur, və bəzi belə fəsadlar gələcəkdə uşağın sağlamlığına ciddi təsir edə bilər.

Corciya Universitetinin (ABŞ) alimləri qeysəriyyə əməliyyatı ilə bağlı yeni araşdırmanın nəticələrini açıqlayıb. Saglamolun.az xəbər verir ki, nəticələr PNAS jurnalında dərc olunub.

Alimlərin fikrinə görə, qeysəriyyə əməliyyatı gələcəkdə uşağın beyinin inkişafına mənfi təsir edir.

Həmçinin əməliyyat nəticəsində doğulan uşaqlarda immun sisteminin inkişafı prosesi də pozulur.

Uşaq dünyaya gəldikdən sonra onun beynində neyronların təbii məhv olması prosesi başlayır, hipotalamusda güclü aktivləşmə baş verir. Bu proseslər həm immun sistemi, həm də beyinin normal inkişafı üçün olduqca vacibdir.

 

Lakin qeysəriyyə əməliyyatından sonra beyinin bəzi hissələrində neyronların məhv olması ləngiyir ki, bunun nəticəsində immun hüceyrələrinin formalaşması və beyinin inkişafı da müəyyən dərəcədə ləngiyir.

Bundan əvvəl aparılmış araşdırmalar da göstərib ki, qeysəriyyə əməliyyatı nəticəsində doğulan uşaqların bağırsaq mikroflorası təbii doğuş nəticəsində dünyaya gələn uşaqlarla müqayisədə daha zəif olur. Bağırsaq mikroflorası isə immun sisteminə təsir edən ən ciddi amillərdən biri sayılır.

Bütün bunlar növbəti dəfə sübut edir ki, qeysəriyyə əməliyyatı yalnız istisna hallarda və buna ana və ya uşaq tərəfindən ciddi göstərişlər olduqda tətbiq olunmalıdır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Ən çox yalan danışan BÜRCLƏR

Astroloqlar müəyyən bürclərin faktları manipulyasiya etməyə və ya açıq söhbətlərdən yayınmağa digərlərindən daha çox meyilli olduqlarına inanırlar.

Bu aylarda doğulanlar ən anti-dramatik insanlar olur

Astrologiya və numerologiyaya görə doğum ayı insanın xarakteri, davranışları və həyat situasiyalarına reaksiyası haqqında müəyyən təsəvvür yarada bilər. Bəzi insanların isə təbiətən daha sakit, balanslı və konfliktlərdən uzaq olduğu düşünülür.

Qulaq çöpündən istifadə edənlərə xəbərdarlıq

Gündəlik gigiyena qaydası hesab etdiyimiz vərdiş əslində eşitmə qabiliyyətini tamamilə itirməyə səbəb ola bilər. Mütəxəssislər illərdir doğru bildiyimiz bu metodun təhlükələrini açıqlayıb.