Rusiyanın Ermənistandakı hərbi bazasında qış hərbi təlimlərinin nəticəsinə görə nəzarət yoxlamaları başlayıb. Bu barədə Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən bildiriblər. “Sahə şəraitində keçirilmiş təlimlərdə hərbi hissənin zabitləri, serjantları və əsgərləri təkərli və zirehli tank texnikasının idarə edilməsi, atıcı silahından və döyüş maşının silahından atəş açılması üzrə zaçot tapşırıqları yerinə yetirəcəklər”, - deyə mətubat açıqlamasında bildirilir. Əslində, rus tankları Gümrüdə və İrəvanda keçiriləcək hərbi parada hazırlaşacaqlar. Rusiya ordusu Ermənistan rəhbərliyi ilə razılaşdırmadan İrəvanda və Gümrüdə hərbi parad keçirməyi qərara alıb. Bu, Ermənistan mətbuatında ciddi narahatçılıq doğurub. Erməni jurnalistlər rusların Ermənistanla müstəmləkə kimi davrandıqlarından şikayət edirlər. Onların yazdığına görə, Gümrüdə və İrəvanda paradlar rus dilində aparılacaq.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.