Sağlamlığımız üçün faydalı olduğunu düşündüyümüz bir çox qida əslində zərərli imiş.
Axşam.az xarici KİV-ə istinadən gündəlik tükətdiyimiz və sağlığa müsbət təsiri olduğunu düşündüyümüz qidaları təqdim edir...
1. Limon suyu Limon tərkibindəki turş xüsusiyyətinə görə mədəyə və diş minasına zərər verir. Diş həkimləri limon suyu içdikdən sonra mütləq ağzınızı yaxalamağınızı tövsiyyə edirlər.
2. Çay Çayın tərkibində qəhvədən daha artıq tanen adlı kimyəvi birləşmələr mövcuddur. Buna görə də tez-tez çay içmək dərinin rəngini saraldır. Bir fincan çaydan sonra bir stəkan su içmək saralmanın azalmasına kömək edə bilər.
3. Qurudulmuş meyvə Bəzi istehsalçılar qurudulmuş meyvələri daha da cəlbedici etmək üçün tez-tez süni qida boyalarından istifadə edirlər və bunlar dişlərə mənfi təsir edir. Qurudulmuş meyvələr ağız boşluğundakı təbii tüpürcək ifrazını da azaldır. Tüpürcək bakteriyalarla mübarizədə köməkçi olduğu üçün daha çox ağız sağlamlığı probleminə səbəb ola bilər.
4. Az kalorili qidalar İnsanların yüzdə 80%-i pəhriz yeməklərindən sonra öz çəkilərini bərpa edə bilir. Lakin alimlər az kalorili yeməklərin sağlamlığa mənfi təsir etdiyini deyirlər. Mütəmadi olaraq bədənin ehtiyacından daha az kalori istehlak edilməsi, maddələr mübadiləsinin yavaşlamasına və birdəfəlik pozulmasına səbəb olur. Pəhriz yeməklərində zülal az olduğundan onlar əzələ toxumalarına da zərər verir.
5. Yaşıl meyvə suyu Bu meyvə suyunun sağlığa yaxşı təsirləri olduğu deyilsə də, meyvə və tərəvəz qədər sağlamlığa faydası yoxdur. Şirələrin tərkibində çox az miqdarda lif var. Liflə zəngin qidalar əsasən, meyvə və tərəvəzlərdir. Düzgün çəki saxlamaq üçün lif çox vacibdir. Bunun üçün meyvə suyunu istehlak etmək əvəzinə meyvə yemək daha yaxşı olar.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.