banner
banner

Sağlamlıq

Zəncəfil - 1001 dərdin dərmanı

Zəncəfil -

Nəmli və isti iqlimlərdə yetişən sarı rəngdə çiçəklər açan zəncəfilin kökləri yastı və boz rəngdədir. Sarıkök ilə bənzər təsirlərə sahib olan zəncəfilin kökü ədviyyat olaraq mətbəxlərdə, ya da tibbi məqsədlərlə müxtəlif cür istifadə edilir. Qoxusu qüvvətlidir. Zəncəfilin faydaları: arıqladıcıdır, metabolizmanı gücləndirir. Sakitləşdirici və qaz sökdürücüdür. Soyuqdəymədə bədəni tərlədir. İltihab önləyici təsiri ilə xüsusilə oynaq iltihablarına qarşı olduqca faydalıdır. Bəlğəmli öskürəyin yaxşılaşmasının sürətləndirir. Bulanmaları aradan qaldırmağa köməkçi olar və qusmanın qarşısını alır. Bədən müqavimətini və zehni gücü artırır. Mikroböldürücü və immunitet gücləndiricidir. Xərçəngə qarşı qoruyucudur. Damar tıxanıqlığının qarşısını almağa kömək edir, qan damarlarını genişlədərək revmatizm ağrılarını da yüngülləşdirir. Bağırsaq pozulmasına kömək edir, ishalı kəsir. Cinsi istəyi artırır.

Zəncəfil kökü, ümumiyyətlə, qurudularaq ədviyyat kimi istifadə edilir. Zəncəfili yaş da istifadə etmək olar. Ayrıca, zəncəfildən əldə edilən zəncəfil yağı həzmi asanlaşdırıcı kimi də istifadə edilir.

Zəncəfil çayı da həzmi asanlaşdırır və yaddaşı qüvvətləndirir. Bir stəkan qaynar suya qoz boyda zəncəfil dilimlənib atılar və 5-10 dəqiqə dəmlənməyə buraxılır. Zəncəfil çayı bal ilə dadlandırılaraq və içinə bir dilim limon sıxılaraq içilsə, daha ləzzətli və faydalı olar.

Hamiləliyin 2-ci ayından sonra zəncəfil içmək olmaz. Qaraciyər və mədə iltihabı yaşayanlara zəncəfil çayı məsləhət deyil. Öd kisəsində daşı olanlara da məsləhət deyil. Zəncəfildən qandurulducu kimyəvi dərman qəbul edənlər də istifadə etməməlidirlər. Çünki zəncəfil özü qandurulducudur. Trombu olan xəstələr də zəncəfili həkim məsləhəti ilə qəbul etsələr yaxşı olar. Gün ərzində zəncəfil çayının 1 litrdən artıq içənlər mədə, sinir sistemi depressiyası, ürək döyüntüsü artrımı kimi problemlərlə üzləşə bilərlər.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.