banner
banner

Dünya

Ermənistan: Qarabağ müharibəsi veteranı aclıq elan etdi

Ermənistan:

Ermənistan paytaxtında Qarabağ müharibəsi veteranı Xaçik Avetisyan müxalif “Müəssislər Məclisi” təşkilatı liderləri və fəallarının həbsdən azad edilməsi tələbi ilə aprelin 20-dən aclıq aksiyasına başlayacağını deyib.

Müharibə veteranı ötən həftə “24 aprel tarixində kütləvi tədbirlər keçirilən yerlərdə kütləvi iğtişaşlar hazırlamaq” ittihamı ilə həbs olunmuş “Müəssislər Məclisinin” 5 üzvündən başqa, daha “11 siyasi məhbusun” azad edilməsini tələb edir.

Avetisyan “Müəssislər Məclisi” fəallarının müdafiəsinə cümə günü keçirilən mitinqdə bəyan etmişdi ki, aclıq aksiyasında 40-dək müharibə veteranı iştirak edəcək.

Onlar həmçinin “hərbi veteranların haqları uğrunda” fasiləsiz etiraz aksiyaları keçirən və ötən il fırıldaqçılıq maddəsi üzrə 6 il müddətinə həbsə məhkum edilmiş polkovnik Volodya Avetisyanın və xuliqanlıq maddəsi ilə 1 ildən 7 ilədək azadlıqdan məhrum edilmişŞant Harutyunyan və onun yoldaşlarının azad edilməsini tələb edirlər.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.