Bu gün Azərbaycan kubokunda finalçılar müəyyənləşəcək.
Qol.Az-ın məlumatına görə, buna yarımfinal mərhələsinin cavab oyunlarından sonra aydınlıq gələcək.
Günün ilk qarşılaşması Zaqatalada baş tutacaq. Burada yerli "Simurq" klubu "Qarabağ"ı qəbul edəcək. Səfərdə rəqibinə 0:1 hesabı ilə məğlub olan "Simurq" finala yüksəlmək üçün bu oyunda 2 top fərqi ilə qalib gəlməlidir. Ağdam təmsilçisini isə bu görüşdə istənilən heç-heçə də qane edəcək.
Son qarşılaşmada "İnter" və "Neftçi" münasibətlərinə aydınlıq gətirəcək. Səfərdə rəqibinə 0:2 hesabı ilə uduzan Kaxaber Sxadadzenin komandası həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. "Neftçi" isə ən azı ilk görüşdəki üstünlüyünü qorumaqla finala adlamaq niyyətindədir. Paytaxt derbisindən hansı komandanın qalib ayrılacağı maraqla gözlənilir.
21 aprel
Azərbaycan kuboku, yarımfinalın cavab oyunları
18:00. “Simurq” – “Qarabağ” (İlk oyun - 0:1) Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Mübariz Haşımov, Munis Abdullayev Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ömər Paşayev Zaqatala şəhər stadionu.
19:00. “İnter” – “Neftçi” (İlk oyun - 0:2) Hakimlər: Elvin Əsgərov, Yaşar Abbasov, Rza Məmmədov, Namiq Hüseynov Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Rəhim Həsənov “İnter Arena”.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.