Qış süfrələri üçün əvəzolunmaz olan heyva dadlı olmaqla yanaşı, vitamin və minerallarla da sağlamlığımıza və gözəlliyimizə müsbət təsir edir. Saçların güclənməsində, mədə-bağırsaq xəstəliklərindən qorunmaqda və dərinin cavan qalmasında əhəmiyyətli rola malikdir. Heyvanın meyvəsi qədər, yarpaqları da faydalıdır. Buna görə heyva yarpaqlarını qurudub qış aylarında çay kimi istehlak edirlər.
Axşam.az xarici mətbuata istinadən, heyvanın faydalarını təqdim edir:
1. Sürətli arıqlamağa kömək edir Heyvanın tərkibində şəkər az olduğundan qan şəkərini yüksəltmir. Buna görə şəkərli diabetiniz varsa, heyva yeyə biləriniz. Heyva eyni zamanda lifli quruluşu sayəsində toxluq müddətinizi uzadaraq, arıqlamağınıza da kömək edir. Pəhriz yeməkləri yeyirsinizsə, heyvanı qaynadıb dadlı desertlər hazırlaya bilərsiniz. Bununla birlikdə heyva ölçüsünə də diqqət yetirməlisiniz.
2. İmmunitet sistemini gücləndirir Heyva içindəki C vitamini və fitokimyəvi maddələr sayəsində immunitet sisteminizin güclənməsinə kömək edir. Gündəlik C vitamin ehtiyacınızın 1/4 hissəsini ödəməklə bədəni virus və bakteriyalardan qoruyur.
3.Saçların uzanmasına kömək edir Dəmir, mis və sink kimi minerallarla zəngin olan heyva, qan dövranı artaraq baş dərisinə daha çox oksigen getməyə kömək edir. Nəticədə saçların sürətlə uzanmasına və güclənməsinə səbəb olur.
4. Xərçəng riskini azaldır Zərərli hüceyrələrin mutasiyası, yaxud da nəzarətsiz böyüməsi xərçəng riskini artırır. Yüksək antioksidan tərkibli heyva, orqanizmi xərçəngdən də qoruyur.
5. Qanazlığı üçün faydalıdır. Heyva içindəki yüksək dəmir miqdarı sayəsində qan hüceyrələrinin istehsalını artırır. Anemiya probleminiz varsa, heyva dəmir istehlakınızı artırmaq üçün yaxşı bir alternativ ola bilər.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.