ABŞ-ın “The Washington Post” qəzetinin Tehran bürosunun rəhbəri Ceyms Rezayan barədə elan olunan ittihamlar açıqlanıb. Jurnalist casusluq, düşmən ölkələrlə əməkdaşlıqda günahlandırılır.
ANS PRESS xəbər verir ki, bu ittihamlar barədə jurnalistin vəkili Leyla Axsan məlumat verib.
O, Frans Press agentliyinə bildirib ki, C.Rezayan həmçinin məxfi informasiya toplamaqda və İran İslam Respublikası əleyhinə təbliğat aparmaqda təqsirli bilinir. Lakin amerikalı jurnalistə qarşı ittihamların heç bir əsaslandırılmış sübutu yoxdur.
Onun sözlərinə görə, ötən gün C.Rezayan ilə 90 dəqiqəlik görüş keçirib. Jurnalist ötən ilin iyulunda İran vətəndaşı olan həyat yoldaşı Yeganə Salehi ilə birlikdə saxlanıb. O vaxtdan ilk dəfədir mənimlə görüşə icazə verilib.
Vəkil deyib ki, məhkəmənin vaxtı hələlik bəlli deyil və C.Rezayan hazırda İranın Evin həbsxanasında saxlanılır.
Ağ Ev isə C.Rezayanın casusluqda ittiham olunması barədə məlumatları absurd adlandırıb və ittihamların dərhal ləğv olunmasını tələb edib.
Xatırladaq ki, “The Washington Post”un xüsusi müxbiri C.Rezayan Tehranda 2012-ci ildən işləyib. O, ABŞ və İran vətəndaşlığına malikdir. Onun xanımı ABŞ-da daimi yaşamaq bəyanatı vermiş İran vətəndaşıdır və BƏƏ-də "National" qəzetinin müxbiri işləyib. Onunla birlikdə C.Rezayan və iki ABŞ vətəndaşı, ştatdankənar fotojurnalist ötən il iyulun 22-də Tehranda saxlanılıblar. Həbsin səbəbi bilinməsə də Y.Salehi və fotomüxbirlərdən biri ötən ilin oktyabrında zaminə buraxılıblar.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.