banner
banner

Dünya

Nazarbayev Sarkisyanı - məyus etdi

Nazarbayev Sarkisyanı -

Qazaxısatan prezidenti Nursultan Nazarbayev aprelin 24-də qondarma erməni soyqırımının 100 illiyində iştirak etməyəcək. Onun bu qərarı İrəvanda xeyli məyusluq yaradıb.
Cia.az xəbər verir ki, Ermənistan KİV-ləri Qazaxıstan liderinin İrəvana gəlməməsini indiki hakimiyyətin yarıtmaz beynəlxalq siyasəti ilə əlaqələndirib, MDB və Avrasiya İqtisadi İttifaqına üzv olan bu iki ölkəni dövlət səviyyəsində birləşdirəcək məntiqli məqamın olmadığını yazıb.
Ümumiyyətlə, N.Nazarbayev üçün İrəvan heç də o qədər önəmli və maraqlı deyil. Dövlət başçısı prezident seçkilərinə görə Ermənistana gəlməyəcək: "Nursultan Nazarbayevin aprelin 24-də Ermənistana səfərini təsəvvür etmək çox çətindir. Çünki bir gün sonra, aprelin 25-də ölkədə prezident seçkilərinin keçirilməsi nəzərdə tutulub."
Qazaxıstan dövlət başçısının keçmiş mətbuat katibi Seytkaz Mataevin sözlərinə görə, onun seçkiqabağı kampaniyası başa çatır və prezident seçicilərlə son görüşlərini keçirir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.