banner
banner

Dünya

Tripolidə silahlı toqquşmalar baş verib

Tripolidə silahlı toqquşmalar baş verib

Silahlı qarşıdurmalar axşam Liviyanın paytaxtı Tripolinin mərkəzində baş verib.

Trend-in məlumatına görə, bu barədə "Afrigatenews" informasiya portalı bildirib.

Məlumata əsasən, Ez-Zəviyyədən (Tripolinin qərbində) olan silahlılar Benqazi və Dernadan (şərqdə) olan ekstremist ünsürlərin dəstəyi ilə Şəhidlər Meydanına nəzarəti ələ alaraq havaya sərbəst atəş açıblar.

Bundan əlavə, Daxili İşlər Nazirliyinin binasına basqın etməyə cəhd göstərilib.

Nəticədə, hərbi xüsusi təyinatlılar yığma qoşun döyüşçüləri şəhər mərkəzindən sıxışdırmağa nail olublar. Nazirin özünün Tripolini tərk edərək Misurata getdiyi də bildirilir.

Bildirilib ki, silahlı qruplar arasında toqquşmaların səbəbi ötən gün Liviya Milli Razılaşma Hökümətində Daxili İşlər Naziri Fəthi Əli Başağa sui-qəsd cəhdi olub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.