banner
banner

Dünya

Türkiyə hərb sahəsində inqilab edir: Bu silahı da hazırladılar

Türkiyə hərb sahəsində inqilab edir:

Türkiyə dronlarının “atası” hesab edilən Selçuk Bayraktarın texniki direktoru olduğu “Baykar Holding” şirkətinin işləyib hazırladığı "Akıncı" pilotsuz hücum dronlarının (TİHA) üçünün istehsalı tamamlanıb.

Bu barədə Selçuk Bayraktar "Telegram" kanalında məlumat verib.

Bildirək ki, Qarabağda Azərbaycan ordusunun qazandığı qələbədə önəmli payı olan “Bayraktar TB2” döyüş PUA-larından daha üstün göstəricilərə və imkanlara malik olan bu PUA-lar Türkiyənin hərbi gücünü daha da artırmış olacaq.

2020-ci il ərzində “Baykar” mühəndisləri başda Selçuk Bayraktar olmaqla “Akıncı”nın müxtəlif şəraitlərdə sınaqlarını həyata keçiriblər, o cümlədən avtonom şəkildə, heç bir yerüstü idarəetmə sistemi olmadan enmə və qalxma funksiyalarını necə yerinə yetirdiyini yoxlayıblar.(Publika)

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.