banner
banner

Dünya

Gözü dönən nənə - 6 aylıq nəvəsini bıçaqladı

Gözü dönən nənə -

Fransada 53 yaşındakı bir qadın 6 aylıq nəvəsini bıçaqlayaraq öldürüb.
Nəvəsinə baxmağı üzərinə götürən nənə körpəyə 12 bıçaq zərbəsi vurub. 
Parisin qərbindəki Tours şəhərində meydana gələn hadisə insanları şoka salıb. Dəhşətli qətl hadisəsi uşağın atasının axşam işdən evə gəlməsindən sonra ortaya çıxıb. 
Şəhər prokurorluğundan bildirilib ki, ata tərəfindən təcili yardıma çağırış edilib. Ancaq ilkin yardım gələnə kimi 6 aylıq körpə dünyasını dəyişib. Polisin ələ keçirdiyi nənə cinayəti etiraf edib.
Hadisədən sonra cinayəti törətmiş yaşlı qadın ruhi əsəb dispanserinə yerləşdirilib. Səhhətindəki problemlərlə bağlı hələlik ifadəsi alınmayan nənənin cinayəti hansı səbəbə törətdiyi bilinmir. 
Qeyd edək ki, hadisə ilə əlaqədar istintaq davam edir. 6 aylıq körpənin üzərində tibbi ekspertiza aparılacaq və cinayətin baş vermə səbəbləri araşdırılacaq.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.