banner
banner

İdman

Sabir Rüstəmxanlının qardaşı oğlu çempion oldu

Sabir Rüstəmxanlının qardaşı oğlu çempion oldu

Azərbaycanlı tələbə Rusiya Federasiyasının Maykop Dövlət Texnoloji Universitetində tələbələr arasında keçirilən şahmat turnirinin qalibi olub.

CİA.Az aznews.az-a istinadən xəbər verir ki, turnir 29 oktyabr beynəlxalq tələbələr günündə keçirilib. Şahmat turnirində 25 tələbə iştirak edib. Azərbaycanlı tələbə Murad Rüstəmxanlı keçirdiyi 9 oyunun hamısında qələbə qazanaraq 18 xalla turnirin qalibi olub.

O, tələbələr arasında qalibiyyət əldə etdikdən sonra, məktəblər arasında keçirilən turnirin qalibi ilə üzləşib. Həmyerlimiz şagirdlər arasında keçirilən turnirin qalibini də məğlub edərək təşkil olunan turnirin mütləq çempionu olub.

Məlumata görə, həmyerlimiz ötən il Rusiyada universitetlər arasında keçirilən şahmat turnirinin də qalibi olub.

Qeyd edək ki, Murad Rüstəmxanlı xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının qardaşı oğludur.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.