Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb ölkələrin hərbi koalisiyasının Yəmənə qarşı başladığı hərbi hava əməliyyatları başa çatıb. Bu barədə Səudiyyə Ərəbistanın dövlət televiziyası xəbər yayıb. Xəbərdə deyilir ki, "qərarlılıq fırtınası" adlanan əməliyyatda koalisiyya istədiyi hərbi nəticəni əldə edib. Yeni hədəflərə çatmaq üçün "Ümidin yenidən başlanması" adlı hərbi əməliyyatlara start veriləcək.
Bu arada Səudiyyə Ərəbistanı başda olmaqla digər ərəb ölkələri Yəmənə qarşı quru əməliyyatlara hazırlaşdığı barədə xəbərlər yayılıb. Qeyd edək ki, husi üsyançıları Yəməndə hakimiyyəti ələ keçirəndən sonra ərəb ölkələri hava əməliyyatlarına başladılar.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.