banner
banner

İdman

Almanların intiqamı ağır oldu

Almanların intiqamı ağır oldu

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunlarına start verilib. Bu gecə baş tutan 2 oyundan sonra yarımfinalın 2 iştirakçısı müəyyənləşib.
"Barselona" ilk oyunda 3:1 hesabı ilə yendiyi PSJ-ni qəbul edib. Kataloniya klubu doğma meydanda da qaələbə qazanıb - 2:0. Hər iki qola Neymar imza atıb. Bununla da "Barselona" yarımfinala vəsiqə əldə edib.
Gecənin digər oyununda "Bavariya" ilk oyunda 1:3 hesabı ilə uduzduğu "Portu"nu sınağa çəkibş. Münhen təmsilçisi doğma meydanda rəqibini darmadağın edərək hər şeyin bitmədiyini göstərib - 6:1. "Bavariya" ilk yarıda 5 qol vuraraq matçın taleyini həll edib. Robert Levandovski dubl edib, Tyaqo Alkantara, Jerome Boatenq və Tomas Müller hərəyə bir qol vurub. Münhenlilərin son qolunu matçın sonunda Xabi Alonso rəqib qapısından keçirrib. "Portu"nun təsəlli qoluna isə ikinci hissədə Cekson Martines imza atıb. Qarşılaşmanın sonlarında İvan Markano qırmızı vərəqə alaraq "Portu"nu azlıqda qoyub.
Qeyd edək ki, 1/4 final mərhələsi bu gün başa çatacaq. "Real" "Atletiko"nu (ilk oyun 0:0), "Monako" "Yuventus"u (ilk oyun 0:1) qəbul edəcək
Çempionlar Liqası
2014/15 mövsümü
1/4 final (cavab oyunları)
21 aprel
23.45 Barselona (İspaniya) - PSJ (Fransa) 2:0
Qollar: Neymar, 14; 34. 
23.45 Bavariya (Almaniya) - Portu (Poruqaliya) 6:1
Qollar: Tyaqo Alkantara, 14. Jerome Boatenq, 22. Robert Levandovski, 27. Tomas Müller, 36; 40. Xabi Alonso, 88 - Cekson Martines, 73.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.