Saçların bənzərsiz baxıma ehtiyacı var. Bəzi insanlar kəpək problemindən şikayətlənərkən, bəzilərinin saçlarında isə elektriklənmə ya da qırılma problemləri olur. Hər bir saç probleminin isə fərqli həlli var.
Saç problemlərinin aşağıdakı həll yollarını təqdim edir:
1.Nəm itkisi problemi Saçlar yayda isti hava və günəşdən, qışda isə soyuq olduğundan nəm itirə bilər. Çox nəm itirməməsi üçün kremlər və yağlardan istifadə etmək vacibdir. Hind qozu yağı saç üçün çox faydalıdır. Nəm itkisinin qarşısını almaq üçün başqa maskalar və kremlərdən də istifadə edə bilərsiniz.
2.Saç tökülməsi problemi Bu problem fəsil dəyişikliyi zamanı artsa da, hər fəsildə rast gəlinən problemdir. Saçlarınızı sabunla yuyarkən dırnaqlarınızla toxunmadan mütləq başınızı barmaqlarınızın ucu ilə masaj edin. Bu, saç köklərindəki qan dövranını sürətləndirəcək və saç köklərini gücləndirəcək. Əlavə olaraq, bir çay qaşığı rozmarini 20 dəqiqə qaynadıb, suyunu süzüb saçınızı yuyun. Bu su vasitəsilə saçların inkişafını təmin edə bilərsiniz.
3.Kəpək problemi Kəpək problemi saçdakı nəmin azalması nəticəsində meydana gəlir. Saçınızı nəmləndirərək kəpək problemini aradan qaldıra bilərsiniz. Seçdiyiniz şampun saçlarınızın qurumasına və kəpəklənməsinə səbəb ola biləcəyi üçün onlar seçərkən diqqətli olmaq lazımdır. Saçınızı çox yaxşı yuduğunuzdan əmin olmalısınız. Sonra həftədə bir dəfə zeytun yağı, bal və yumurtadan hazırlayacağınız maskanı tətbiq etməklə saçlarınızı daha çox nəmləndirə və kəpək probleminizi həll edə bilərsiniz.
4.Elektriklənmə problemi Sintetik materiallar, həmçinin yun və pambıq kimi parçalar saçların daha çox elektriklənməsinə səbəb olur. Bunun qarşısını almaq üçün ipək yaylıqdan istifadə edə bilərsiniz. Papaqlarınızın içinə kiçik ipək parçadan yastıq düzəltsəniz bu zaman saçlarınız elektriklənməyəcək.
5.Saç qırılması problemi Cansız və zəif saçlar qırılmağa daha çox meyilldir. Xüsusilə dəridə quruluq varsa, saç ucları iki yerə bölünür. Saçlarınız qırılırsa, mütləq bundan xilas olmalısınız. Buna görə də saçlarınızın uclarını arqan yağı ilə nəmləndirməyiniz məsləhət görülür. Quru saçlar elastikliyini itirdikləri üçün daha tez qırılır.
Astrologiya və numerologiyaya görə doğum ayı insanın xarakteri, davranışları və həyat situasiyalarına reaksiyası haqqında müəyyən təsəvvür yarada bilər. Bəzi insanların isə təbiətən daha sakit, balanslı və konfliktlərdən uzaq olduğu düşünülür.
Ailə ziyafətləri və bayram süfrələri üçün salat hazırlayarkən bərk qaynadılmış yumurtaların qabığının çətin soyulması və ağından hissə-hissə qopması bir çox aşpazın qarşılaşdığı ən böyük problemlərdən biridir.
Boston Universitetinin alimləri müəyyən ediblər ki, qocalmış hüceyrələri məhv edən ABT-263 preparatı yaşlı orqanizmlərdə dərinin zədələnmiş nahiyələrinin daha tez sağalmasını sürətləndirə bilər.
Gündəlik gigiyena qaydası hesab etdiyimiz vərdiş əslində eşitmə qabiliyyətini tamamilə itirməyə səbəb ola bilər. Mütəxəssislər illərdir doğru bildiyimiz bu metodun təhlükələrini açıqlayıb.
Yağlı saçlar bir çox insanın ortaq problemidir və çox vaxt yanlış qulluq vərdişlərindən qaynaqlanır. Saçın tez yağlanması həm estetik görünüşə xələl gətirir, həm də saç diblərinin havasız qalmasına səbəb olur.