Ağ Ev rəhbəri 1915-ci il hadisələri ilə bağlı “soyqırım” ifadəsini işlətməyəcək. Cia.az-ın məlumatına görə, Ağ Evin Milli Təhlükəsizlik Şurasının müşaviri Bernadett Mihan Amerika Birləşmiş Ştatarı (ABŞ) prezidenti Barak Obamanın ermənilərin 1915-cil hadisələrinin ildönümü olaraq qəbul etdiyi aprelin 24-də çıxışı zamanı həqiqətin tam səmimi və ədalətli şəkildə qəbul edilməsi yönündə çağırış edəcəyini bildirib. Mihan, həmçinin Ağ Ev administrasiyasının rəhbəri Denis Makdonou ilə köməkçisi Ben Rodesin “1915-ci il hadisələrinin 100-cü ildönümü anımı” barədə danışmaq üçün ABŞ-dakı erməni diasporu qurumları və Amerika Erməni Milli Komitəsi (ANCA) ilə bir araya gəldiyini sözlərinə əlavə edib. Görüşdən sonra Amerika Erməni Milli Komitəsi (ANCA) yaydığı yazılı açıqlamada bildirilib ki, Makdono və Rodes ABŞ prezidentinin 24 aprel açıqlamasında “soyqırım” ifadəsini işlətməyəcəyini əminliklə söyləyiblər.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.