Gözlənilməz edam əmrləri ilə dünya gündəmində özünəməəxsus imic yaradan koreyalı diktatorun hərəkətlərindən biri gülüş obyektinə çevrilib. Ötən günlərdə Çinlə sərhəddə yerləşən vulkanik Pektusan dağına qalxan Kim Çen Inın zirvədə çəkilən bir neçə fotoşəkli internetdə yayımlanıb. Yayılan fotoşəkillərdə palto və dəri ayaqqabılarda (mokasin) olduğu görülən Kim Çen Inı xarici mətbuat məsxərəyə qoyub. Bu barədə məşhur “BuzzFeed” portal yazıb. Portalın yazdığı xəbərdə diktatorun o vəziyyətdə Şimali Koreyanın 2744 metr hündürlüyü olan ən yüksək zirvəsinə qalxa biləcəyinə şübhə ilə yanaşıldığı vurğulanıb. Daha sonra sosial şəbəkə istifadəçiləri də sözügedən şəkilləri öz səhifələrində yayımlayaraq, “Kim Çen In bunu da bacardı” – kimi rəylər yazıblar. Qeyd edək ki, bu səfərdə məqsəd liderin bu yerlərdə hərbi manevrləri yenicə başa çatdırmış Koreya Xalq Ordusunun pilotları ilə görüşü olub.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.