Ukrayna ali radası Rusiya hərbi qüvvələri tərəfindən ölkəyə edilən hücumların qarşısının alınmasına dair bəyannamə qəbul edib. Bəyannamə səsvermə əsasında qəbul olunub. Sənəddə Rusiyanın Ukraynaya müdaxiləsinin ilk rəsmi xronoloji ardıcıllığı qeyd olunub. Sənəd, eyni zamanda, Rusiyanı beynəlxalq cinayət məhkəməsinə vermək üçün hüqiqi əsas təşkil edir. Ali rada deputatları çıxışları zamanı Rusiyanı Minks razılaşmasının şərtlərini icra etməyə çağırıblar. Rusiyalı rəsmilər bəyannaməni təxribat adlandırıblar.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.