banner
banner

Dünya

Mayamidə meşə yanğınları tüğyan edir

Mayamidə meşə yanğınları tüğyan edir

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində meşə yanğınları tüğyan edir. 
Yanğınsöndürənlər yanğın ocaqlarının qarşısını almaqda çətinlik çəkirlər. 
Buna səbəb kimi isə, şəhərdə güclü küləklərin əsməsi göstərilir. Rəsmilər son iki gün ərzində azı 8 min hektar ərazinin yanaraq külə döndüyünü bildiriblər. 
Yanğının qarşısını almaq üçün bölgəyə çox sayda yanğınsöndürmə briqadaları cəlb olunub. 
Yanğınsöndürənlər gecə və gündüz fasiləsiz fəaliyyət göstərirlər. 
Alov yaşayış məntəqələri olan bölgəyə yaxınlaşsa da, alovun həmin bölgəyə keçmə ehtimalları azdır. Təhlükəli bölgələrdən isə, insanlar tamamilə təxliyə olunub.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.