Hər bir qadın sağlam və möhkəm saçlara sahib olmaq istəyir. Lakin bu bəzən gündəlik yaşayış şərtləri səbəbindən mümkün olmur. Gündə sadəcə bir neçə prosseduru həyata keçirməklə saçlarınızı daha sağlam və baxımlı edə bilərsiniz.
Həmin qaydaları təqdim edir:
1.Təbii qidaları balanslı şəkildə qəbul edin Parlaq saçlar daxildən düzgün qidalanma ilə başlayır. Buna görə də balanslı qida qəbul etdiyinizə mütləq əmin olmalısınız. Orqanizimdəki zülal miqdarı saçlar üçün keratin funksiyasını daşıyır. Zülalla zəngin qidaların istehlak edilməsi bədəndə təbii keratin istehsalını artırır.
2. Saçlarınızı isti suda və tez-tez yumaqdan çəkinin Saça faydalı bir çox müalicə üsullarından istifadə etsəniz də, onu tez-tez yumağın vurduğu ziyanı və yüksək temperaturun yaratdığı zərərlərdən qoruya bilməzsiniz. Buna görə də mütəxəssislər bu vərdişdən çəkinməyi tövsiyyə edir. Saçlarınızı çox isti su ilə yuymaq onu parlaq və ipək kimi edən təbii yağları qurudur, eyni zamanda saç tellərini qırıq və zədələnmiş hala gətirir.
3. Müəyyən saç maskalarından istifadə edin Dərinizə qulluq etdiyiniz kimi saçlarınıza da qulluq edin. Nəm saçlar üçün vacib amildir. Onun itirilməməsi üçün tez-tez maskalar edin. Maskadan sonra saçınızı həmişə soyuq su ilə yuyun, bu onun hamar və ipək olmasına kömək edəcək.
4. Saçlarınız təbii yağlarla möhkəmləndirin Bir çox parıldadıcı serum və spreylər saçlarınız üçün zərərli olan spirt, paraben, sulfat və digər zərərli maddələrlə zəngindir. Bunun əvəzinə saçınızı bəsləyən arqan yağı kimi təbii vasitədən istifadə edin. Bu saçlarınızın möhkəmləndirəcək və parıldadacaq. Lakin bunu qaydasında sitifadə etsəniz daha yaxşı olar. Xüsusilə saç diblərinə çəkmək məsləhətdir.
5.Şampun və saç kremini düzgün seçin Cansız saçlarınızı yenidən möhkəm və parlaq etmək istəyirsinizsə, istifadə etdiyiniz şampunu və saç kremini düzgün seçməlisiniz. Aloe və ya keratin tərkibli məhsullar saçlar üçün daha faydalıdır. Çünki saçın möhkəmliyini və uzanmasını təmin edir. Sağlam saçlar hər zaman daha parlaq görünür. Buna görə də düzgün və faydalı məhsullardan istifadə edərək saç tellərinizə düzgün qulluq etdiyinizə əmin olun.
Astrologiya və numerologiyaya görə doğum ayı insanın xarakteri, davranışları və həyat situasiyalarına reaksiyası haqqında müəyyən təsəvvür yarada bilər. Bəzi insanların isə təbiətən daha sakit, balanslı və konfliktlərdən uzaq olduğu düşünülür.
Ailə ziyafətləri və bayram süfrələri üçün salat hazırlayarkən bərk qaynadılmış yumurtaların qabığının çətin soyulması və ağından hissə-hissə qopması bir çox aşpazın qarşılaşdığı ən böyük problemlərdən biridir.
Boston Universitetinin alimləri müəyyən ediblər ki, qocalmış hüceyrələri məhv edən ABT-263 preparatı yaşlı orqanizmlərdə dərinin zədələnmiş nahiyələrinin daha tez sağalmasını sürətləndirə bilər.
Gündəlik gigiyena qaydası hesab etdiyimiz vərdiş əslində eşitmə qabiliyyətini tamamilə itirməyə səbəb ola bilər. Mütəxəssislər illərdir doğru bildiyimiz bu metodun təhlükələrini açıqlayıb.
Yağlı saçlar bir çox insanın ortaq problemidir və çox vaxt yanlış qulluq vərdişlərindən qaynaqlanır. Saçın tez yağlanması həm estetik görünüşə xələl gətirir, həm də saç diblərinin havasız qalmasına səbəb olur.