banner
banner

İdman

"Real" "Atletiko"ya qarşı

"Real" "Atletiko"ya qarşı

Bu gün Çempionlar Liqasında 1/4 finalın cavab oyunlarına yekun vurulacaq.
Qol.Az-ın məlumatına görə, daha iki yarımfinalçının adı bəlli olacaq.
Öz meydanında “Monako”ya 1:0 hesabı ilə qalib gələn “Yuventus” bu dəfə rəqibi ilə Fransada görüşəcək. İlk oyunda minimal hesablı qələbə qeydə alındığından bugünkü qarşılaşmada komandaların şanslarını bərabər qiymətləndirmək olar.

Digər cütün taleyinə Madrid derbisində aydınlıq gələcək. Nominal meydan sahibi sayılan “Real” “Atletiko”nu qəbul edəcək. Komandaların ilk görüşündə qapılara qol vurulmayıb. Qaret Beyl, Kərim Benzema və Luka Modriçin zədə səbəbindən, Marselonun isə cəzalı olduğu üçün bügünkü görüşü buraxacağı dəqiqdir. Bu, “Real”ı işini çətinə sala bilər.

 

22 aprel
Çempionlar Liqası, 1/4 finalın cavab oyunları

"Monako" (Fransa) - "Yuventus" (İtaliya)
(İlk oyun - 0:1)
"Real" (Madrid, İspaniya) - "Atletiko" (Madrid, İspaniya)
(İlk oyun - 0:0)


21 aprel

"Barselona" (İspaniya) - PSJ (Fransa) - 2:0
(İlk oyun - 3:1)
Qollar: Neymar, 14, 34
"Bavariya" (Almaniya) - "Portu" (Portuqaliya) - 6:1
(İlk oyun - 1:3)
Qollar: Alkantara, 14 (1:0), Boatenq, 22 (2:0), Levandovski, 27 (3:0), Müller, 36 (4:0), Levandovski, 40 (5:0), Martnez, 73 (5:1), Alonso, 88 (6:1)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.