Gözaltı torbalardan az müddətdə xilas olmağın yolları
Çözaltı torbalar estetik baxımdan insanların bir çoxunu narahat edir. Ən çox da qadınlar gözlərinin alt hissəsində şişkinliklərin olmasını xoşlamırlar. Bəs bundan ev şəraitində asanlıqla xilas olmanın yolları hansılardır? Buz gözaltı şişkinliklərdən xilas olmaq üçün ən yaxşı vasitələrdən biridir. Bunun üçün buz kubikini gözünüzün alt və ətraf hissəsinə sürtün. Bu zaman buzu burnunuzun aşağı hissəsinə qədər sürtün. Amma çalışın ki, dondurub soyuqlatmayın. Buzu hazırlayarkən cəfəri dəmləməsindən hazırlasanız prosedurun effekti daha yaxşı olar. Gözaltı torbalardan xilas olmağın yollarından biri də massajdır. Massaj edilməzdən əvvəl gözlərin ətrafı soyuq su ilə yuyulur və qurulandıqdan sonra massaj edilir. Massaj edərkən gözlər yumulu olmalı və əllər dərini əzmədən incə bir şəkildə hərəkət etməlidir. Massaj zamanı həmin nahiyədə istilik meydana gəlir. Bu soyuq su ilə soyumuş göz altına qanın yaxşı işləməsini təmin edir və torbaların tədricən yox olmasına təbəb olur. Aşağıdakı vasitə ilə də gözaltı torbalardan xilas olmaq mümkün olur: * Orta və adsız barmaq gözlərin kənarlarına qoyulur (hər barmaq bir tərəfə). * Orta barmaq qaşın üstünə qoyulur. * Barmaqlarınızı yüngülcə basılır və 10 saniyə saxlanılır. * Bu proses gündə 3 dəfə təkrar edilir. Gözaltı torbalardan xilas olmağın yollarından biri də gözlərin altına xiyar, banan, əzilmiş kartof qoymadır. Bu zaman tərəvəzlər soyuq halda gözlərin altına qoyulur, 15 dəqiqə saxlandlqdan sonra isə götürülür.
Astrologiya və numerologiyaya görə doğum ayı insanın xarakteri, davranışları və həyat situasiyalarına reaksiyası haqqında müəyyən təsəvvür yarada bilər. Bəzi insanların isə təbiətən daha sakit, balanslı və konfliktlərdən uzaq olduğu düşünülür.
Ailə ziyafətləri və bayram süfrələri üçün salat hazırlayarkən bərk qaynadılmış yumurtaların qabığının çətin soyulması və ağından hissə-hissə qopması bir çox aşpazın qarşılaşdığı ən böyük problemlərdən biridir.
Boston Universitetinin alimləri müəyyən ediblər ki, qocalmış hüceyrələri məhv edən ABT-263 preparatı yaşlı orqanizmlərdə dərinin zədələnmiş nahiyələrinin daha tez sağalmasını sürətləndirə bilər.
Gündəlik gigiyena qaydası hesab etdiyimiz vərdiş əslində eşitmə qabiliyyətini tamamilə itirməyə səbəb ola bilər. Mütəxəssislər illərdir doğru bildiyimiz bu metodun təhlükələrini açıqlayıb.
Yağlı saçlar bir çox insanın ortaq problemidir və çox vaxt yanlış qulluq vərdişlərindən qaynaqlanır. Saçın tez yağlanması həm estetik görünüşə xələl gətirir, həm də saç diblərinin havasız qalmasına səbəb olur.