Türkiyə banklarından birində soyğunculuq baş verib. Cia.az-ın məlumatına görə, İstanbulun Bağcılar rayonunda baş verən hadisə zamanı 150 min türk lirəsi oğurlanıb. Bank şöbəsinə gələn üzü maskalı və silahlı adamlar təhlükəsizlik xidmətinin əməkdaşını təhdid edib və təsirsiz hala gətirib. Daha sonra xəzinədənki pulları götürən oğrular polis gəlmədən ərazidən qaçıb. Soyğunçular qaçarkən təhlükəsizlik xidmətinin əməkdaşının silahını da götürüb. Bank işçilərinin xəbər verməsindən sonra hadisə yerinə çox sayda polis dəstələri cəlb edilib. Polislər qaçan oğruları tutmaq üçün bankın və ətrafdakı təhlükəsizlik kamera görüntülərini araşdırmağa başlayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.