banner
banner

Dünya

Avropada böyük raket savaşı

Avropada böyük raket savaşı

Ukrayna münaqişəsi və Qərblə Rusiya arasında münasibətlərin pisləşməsi fonunda Polşa ordusunu müasirləşdirməyə qərara alıb.
Rəsmi Varşava Amerikanın “Reyteon” şirkətindən Patriot zenit-raket kompleksləri alınacağını elan edib.
Polşanın Milli Müdafiə Naziri raket əleyhinə müdafiə sisteminin alınması ilə bağlı danışıqlara başlamaq üçün may ayında ABŞ-a yollanacaq. Müqavilənin 5 milyard dollar məbləğində olacağı bildirilir. Milli Müdafiə Nazirliyi Patriot sisteminin seçimdə əsas meyarın onun Rusiya istehsalı olan “İsgəndər” tipli raketləri dəf edə bilməsidir.

Polşada hava müdafiə sisteminin qurulması ilə bağlı dövlət layihəsinə “Visla” adı verilib.
“Bilavasitə bizim regionun üzləşdiyi təhlükə və risklərlə əlaqədar müqavilənin bağlanma prosesini sürətləndirməyi vacib sayıram. Vaxtı itirmək olmaz, tez qərar vermək çox vacibdir”, - deyə Polşa prezidenti Bronislav Komarovski bildirib.
Polşa eyni zamanda müdafiə məqsədləri üçün Fransanın Airobus şirkətinin hərbi helikopterlərini almağı nəzərdən keçirir. Ölkənin müdafiə nazirliyi 50 helikopter almağı planlaşdırır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.