banner
banner

Qadın

Kofenin ana bətnindəki uşağa təsiri necədir? - Alimlər AÇIQLADI

Kofenin ana bətnindəki uşağa təsiri necədir?

Qəhvə içən hamilə qadınlar çəkisi az və bədən ölçüsü kiçik olan uşaqlar dünyaya gətirirlər.

“Report” xəbər verir ki, belə nəticəyə Yunis Kenedi Şrafer adına Milli uşaq sağlamlığı və İnsan inkişafı institutunun alimləri gəlib.

Qeyd olunub ki, hamilə qadınlar kafeinli içkilərin qəbulunu dayandırmalıdırlar. Belə ki, elm adamları hamiləliyin səkkizinci-on üçüncü həftələrində olan iki mindən çox qadının məlumatlarını təhlil ediblər.

Onlar sağlam olub və siqaret çəkməyiblər. 10 ilə 13 həftə arasında olan hamilə qadınların qanında kofein və paraksantinin tərkibini müəyyən etmək üçün nümunələr götürülüb. Məlum olub ki, gündə təxminən 50 milliqram kofein istehlak edən qadınların (yarım fincan qəhvəyə bərabər - Red) körpələri normadan 66 qram daha yüngüldür .

Beləliklə, elm adamlarına görə kofein plasentada qan damarlarının daralmasına səbəb olur ki, bu da döldə qan dövranını azalda və böyüməsini ləngidə bilər.

Bundan əlavə, tədqiqatçılar hesab edir ki, bu maddə uşaqdakı stres hormonlarının işini poza, doğuşdan sonra sürətli kökəlməni və piylənmə riskini aratıra bilər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Ən çox yalan danışan BÜRCLƏR

Astroloqlar müəyyən bürclərin faktları manipulyasiya etməyə və ya açıq söhbətlərdən yayınmağa digərlərindən daha çox meyilli olduqlarına inanırlar.

Bu aylarda doğulanlar ən anti-dramatik insanlar olur

Astrologiya və numerologiyaya görə doğum ayı insanın xarakteri, davranışları və həyat situasiyalarına reaksiyası haqqında müəyyən təsəvvür yarada bilər. Bəzi insanların isə təbiətən daha sakit, balanslı və konfliktlərdən uzaq olduğu düşünülür.

Qulaq çöpündən istifadə edənlərə xəbərdarlıq

Gündəlik gigiyena qaydası hesab etdiyimiz vərdiş əslində eşitmə qabiliyyətini tamamilə itirməyə səbəb ola bilər. Mütəxəssislər illərdir doğru bildiyimiz bu metodun təhlükələrini açıqlayıb.